Cəbrayıllı seçicilər Astan Şahverdiyevi görüşə çağırır

Cəbrayıllılar deputatı Biləsuvara çağırdı: Astan Şahverdiyev üzə çıxacaqmı?
Deputat Astan Şahverdiyev cəbrayıllı köçkünlərlə görüşə gedə bilmir

Millətinsəsi.info-nun Politika.Az-a istinadən verdiyi xəbərə görə, millət vəkili onların üzünə çıxa bilmir. 

Aksiya iştirakçılarını nəşəxor və sərxoş adlandırmış deputat indi hansı üzlə camaatın qabağına çıxacağını, parlamentdə çıxış edəcəyini bilmir. 

Onsuz da qələmi qırılmış və bir daha seçilməsi mümkün olmayan Şahverdiyevin bundan sonra hücrəsinə çəkilməsi daha düzgün olardı. 

Sadəcə, deputatın işi el arasına çıxmaq, köçkünlərlə görüşmək, tədbirlərdə iştirak etmək, qaçqınların xeyir-şərinə yaramaqdır. 

Astan Şahverdiyevi Biləsuvara dəvət edən köçkünlər həm işıq problemi ilə bağlı məsələnin nə yerdə qalmasını öyrənmək istəyir, həm də etirazçılara dediyi sözü aydınlaşdırmasını. 

Biləsuvarda yaşayan köçkünlər deputata çağırış edərək növbəti dəfə rayona gəlməsini istəyiblər. Bu barədə sosial şəbəkələrdə də status yazırlar. 

Onların tələbi deputatla görüşmək, problemlərin həllini kömək etməsini istəməkdir. Baxmayaraq ki, millətin vəkili onları aşağılayıb, bununla beə dialoq vacibdir.

Biləsuvar-Bəhrəmtəpə yolu bərbad vəziyyətdədir. Yolun üzərində Çaxırlı, Aranlı, Qızılkənd, Hacırüstəmli, Biləsuvar rayonunun 3-dən çox kəndi və həmçinin Cəbrayıl rayonundan olan qaçqınların yaşadığı 11 qəsəbə yerləşir. 

Bərbad vəziyyətdə olan yolun üzərində yerləşən kəndlərdə və qəsəbələrdə təxminən 30-40 mindən çox əhali yaşayır.

Həm də yolda hərəkət edən minik avtomobillərinin ehtiyat hissələri sıradan çıxır. Maşınla gedəndə toz o qədər çox olur ki, qarşıdan gələn avtomobili görmək mümkün olmur. Yağış yağandan sonra yolda vəziyyət daha da pisləşir. 

Heç olmasa yay aylarında tozun qarşısını almaq üçün bir su maşını ayırsınlar yolu islatsın. Yol kənarında yerləşən kəndlərdə yaşayan əhalinin evləri və həyətləri daima toz içərisində olur.

Xəbərin vaxtı: 29-12-2016
Oxunma sayı: 549

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...