Azərbaycanda qaçqınlara yeni vəsiqə veriləcək - Qanun dəyişdirilir


Milli Məclisin payız sessiyasının son pelanar iclası 30 dekabr tarixində keçiriləcək. Parlamentin bu iclasının gündəliyinə 25 məsələ daxil edilib. Gündəlikdə bir sıra qanunlara dəyişiklər də nəzərdə tutulub. Bunlardan biri də "Qaçqınların və məcburi köçkünlərin, ölkə daxilində köçürülmüş şəxslərin statusu haqqında” qanuna dəyişiklikdir.
"Qaçqınların və məcburi köçkünlərin, ölkə daxilində köçürülmüş şəxslərin statusu haqqında” qanuna hansı dəyişiklik ediləcək?
Millətinsəsi.info bildirir ki, məsələ ilə bağlı Modern.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov açıqlama verib.
Elman Məmmədov "Qaçqınların və məcburi köçkünlərin, ölkə daxilində köçürülmüş şəxslərin statusu haqqında” qanuna dəyişikliyin əsasən qaçqınlara aid olacağını bildirib.
"Əvvəlki qanunda müəyyənləşdirilmiş qaydada verilən qaçqınlıq vəsiqəsi qaçqının şəxsiyyətini təsdiq edən sənəddir. Həmçinin ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verir. Bu hazırkı, mövcud variantdır.
Amma yeni variantda isə belə olacaq: "Müəyyənləşdirilmiş qaydada  verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. Bu sənəd ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verir. Yəni bu qanuna "yaşayış yeri üzrə qeydiyyata alındığını” sözü əlavə edilib”.

Xəbərin vaxtı: 29-12-2016
Oxunma sayı: 265

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...