Bakı bulvarında bütün attraksionlar pulsuz olacaq


 "Dənizkənarı Bulvar İdarəsi Yeni il şənliklərinə tam hazırdır”.
Millətinsəsi.info bildirir ki, bu haqda Modern.az-a qurumun rəis müavini Nazim Məcidov məlumat verib.

O bildirib ki, bulvar ərazisində iki yerdə yolka qurulub:
 
"Onlardan 36 metr hündürlüyündəki süni şam ağacı Kukla teatrının arxasındakı meydançada quraşdırılıb. 22 metr hündürlüyündəki digər yolka isə funikulyorla üzbəüz olan parkda qurulub”.
 
N.Məcidovun sözlərinə görə, hər il bayram şənliklərində 10-12 Şaxta baba və Qar qız fəaliyyət göstərdiyi halda, bu il onların sayı 2-yə (2 Şaxta baba və 2 Qar qız) endirilib.
"Onlar müvafiq olaraq yolkaların yanında dayancaqlar”.
 
N.Məcidov qeyd edib ki, dekabrın 30-da İdarə tərəfindən azyaşlılar üçün bayram sürprizi olacaq:
"Səhər saat 10:00-dan günorta saat 14:00-a qədər 15 yaşınadək olan uşaqlar üçün bulvarda olan bütün attraksionlar, karusellər, qatarlar və dəniz gəzintisi pulsuz olacaq. 31 dekabrda il dəyişən vaxt bulvar ərazisində böyük atəşfəşanlıq olacaq”.
 
O həmçinin bildirib ki, bayram günü bulvarda konsert proqramı olmayacaq:
"Ümumiyyətlə, indiyə qədər bulvardakı konsertləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilirdi. Hər dəfə də 1 həftə əvvəldən bizə bildiriş gəlirdi və hazırlıqlar başlanırdı. Amma bu il müraciət daxil olmayıb. Amma konsertin keçirilməmə səbəbi haqda məndə məlumat yoxdur”.
Konsert proqramının terror təhlükəsilə bağlı təxirə salınmasına gəlincə, qurum rəsmisi bunları deyib:
"Bulvar bəzədilib. Hər tərəfi işıqlı, yaraşıqlıdır. Öz tədbirini keçirəcək, atəşfəşanlıq olacaq. Bizə bu cür təhlükələr barədə hər hansı informasiya verilməyib”.
Məsələ ilə bağlı nə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, nə də onun mətbuat katibi Nailə Məmmədova açıqlama verib.

Xəbərin vaxtı: 29-12-2016
Oxunma sayı: 326

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...