Azərbaycanda 3 sığorta şirkətinin lisenziyası ləğv olundu


Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 29 dekabr 2016-cı il tarixli qərarına əsasən, "Buta Sığorta”, "Beynəlxalq Sığorta Şirkəti” və "Azərqarant Sığorta” ASC-lərə sığorta fəaliyyətinə verilmiş lisenziyaları sığortaçıların müraciətinə əsasən ləğv edilib.
 
Palatadan Millətinsəsi.info-ya verilən məlumata görə, sözügedən sığorta şirkətlərinin səhmdarlarının ümumi yığıncağı tərəfindən həmin sığortaçıların könüllü qaydada ləğv edilməsinə dair qəbul edilmiş qərarla bağlı Palataya müraciət daxil olub.
 
Palata, "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən "Buta Sığorta” ASC, "Beynəlxalq Sığorta Şirkəti” ASC və "Azərqarant Sığorta” ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.

Xəbərin vaxtı: 30-12-2016
Oxunma sayı: 390

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...