BQXK şəhidin nəşinin qaytarılması üçün dialoq aparır- VİDEOXƏBƏR


Azərbaycan ordusunun əsgəri Qurbanov Çingiz Salman oğlunun nəşinin qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistan tərəfi ilə dialoqu davam etdirir.

Millətinsəsi.info ildirir ki, bu barədə AzVision.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) hakimiyyət orqanları ilə danışıqları iki tərəfli və konfedensialdır. İ.Hüseynova qeyd edib ki, danışıqların məzmunu ictimaiyyətə açıqlanmır.

Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri Qurbanov Çingiz Salman oğlu erməni təxribatının qarşısını alarkən şəhid olub. Onun meyiti düşmən nəzarətindəki ərazidə qalıb.

Meyitin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edilib.

Xəbərin vaxtı: 05-01-2017
Oxunma sayı: 233

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...