Rusiya hərbi qüvvələrin bir hissəsini Suriyadan çıxarır


Rusiya Suriyadakı hərbi qüvvələrinin bir hissəsini çıxarır.
APA-nın verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib ki, bu barədə prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı Vladimir Putin qərar qəbul edib.
"Ali Baş Komandanın qərarı ilə Rusiya Müdafiə Nazirliyi Suriyadakı Silahlı Qüvvələrin qruplaşmalarının sayını azaltmağa başlayır", - deyə o bildirib.
V. Gerasimovun sözlərinə görə, Suriyanı ilk olaraq "Admiral Kuznetsov” aviadaşıyıcısı, "Pyotr Velikiy” kreyseri və onları müşayiət edən gəmilər tərk edəcək. O bildirib ki, aviadaşıyıcı qrup qarşısında qoyulan vəzifələri, o cümlədən Hava Hücumundan Müdafiə Qüvvələri ilə birlikdə Suriyada vahid Hava Hücumundan Müdafiə sisteminin yaradılması vəzifəsini uğurla yerinə yetirib.
V. Gerasimov xatırladıb ki, 30 dekabr 2016-cı il Moskva vaxtı ilə saat 00.00-dan Suriyanın bütün ərazisində atəşkəs elan edilib. Lakin bu atəşkəs beynəlxalq terror qruplaşmalarının məhvinə yönəlmiş əməliyyatlara aid deyil.

Xəbərin vaxtı: 06-01-2017
Oxunma sayı: 240

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...