Bakıda məşhur plazada atışma - Başından güllələdilər + Yenilənib

 

Bakıda ofisdə qətl hadisəsi baş verib.

"Millətinsəsi.info" "Report"a istinadən xəbər verir ki, hadisə İraq Hava Yollarının Bakı ofisində qeydə alınıb.
Orta yaşlı naməlum şəxs ofisdə işləyən qızın baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qətlə yetirib.

Hadisənin məişət zəminində baş verdiyi ehtimal edilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

***

SalamNews-un xəbərinə görə, qətli törətməkdə şübhəli bilinən Elşən Bəşirov saxlanılıb.

***

"Millətinsəsi.info"nun əldə etdiyi məlumata görə, hadisə baş verən ofis "Xətai" metro stansiyasının yaxınlığındakı məşhur plaza "Demirchi Tower"də yerləşir. 

***

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, "Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb. Ə. Ağalı İraqın Azərbaycandakı səfirinin müavininin qardaşıdır.

***

Qətlə yetirilən şəxsin İraq səfirliyinin əməkdaşının qardaşı olduğu məlum olub. Bakıda "Demirchi Tower”da baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.

Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, "İraq Hava Yolları" aviaşirkətinin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Azərbaycandakı Nümayəndəliyində sürücü vəzifəsində işləyən 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Bəşirov Elşən Rəfayət oğlu orada satış üzrə menecer işləyən 1993-cü il təvəllüdlü Ağaəli Əli Valid oğlu ilə aralarında yaranmış şəxsi münaqişə zəminində baş vermiş mübahisə zamanı özünəməxsus "Vinçester" markalı ov tüfəngi ilə bədəninin müxtəlif nahiyələrinə 5 atəş açaraq qəsdən öldürüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

E.Bəşirov polisə gələrək təslim olub və cinayətin aləti olan ov tüfəngini təqdim edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

 

 Qeyd edək ki, Əli Ağalı Masallı rayonu Şərəfə kənd sakinidir. Qardaşı Nemət Ağalı isə İraqın Azərbaycandakı səfirinin tərcüməçisidir.

 

 

Plazada güllələnənin qardaşı səfirin tərcüməçisi imiş - Fotolar
Plazada güllələnənin qardaşı səfirin tərcüməçisi imiş - Fotolar


 



Xəbərin vaxtı: 07-01-2017
Oxunma sayı: 946

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...