Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları işlədikləri yerdən oğurluq edib

 

Strateji Araşdırmalar Mərkəzindən oğurluq olub.

"Millətinsəsi.info”nun xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Strateji Araşdırmalar Mərkəzində işləyən aparıcı mütəxəssislərdən birinin iş otağındakı seyfdən 1500 manat və 6000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən orada nəzarətçi işləyən Füzuli rayon sakini Rauf Kamallı və mühafizəçi - Bakı şəhər sakini Zaur Quliyev tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Xəbərin vaxtı: 07-01-2017
Oxunma sayı: 266

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...