Ağdamda iki minik avtomobili toqquşub, iki nəfər ağır xəsarət alıb

 

Ağdamda iki minik avtomobili toqquşub.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində baş verib.

 

Rayon sakini, 1989-cu il təvəllüdlü Abbasov Samir Nazim oğlunun idarə etdiyi "VAZ - 2107” markalı 02 BL 813 dövlət nömrə nişanlı minik maşını qarşıdan gələn Məmmədov İmamqulu Həsən oğlunun idarə etdiyi  "MERCEDES” markalı 99 FU 970 nömrə nişanlı minik maşını ilə toqquşub. Nəticədə "VAZ -  2107” markalı maşının sürücüsü S.Abbasov və sərnişini 1986-ci il təvəllüdlü Umudov Pərvin Cəlal oğlu ağır bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma  aparılır.



Xəbərin vaxtı: 08-01-2017
Oxunma sayı: 337

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...