Gəncədə 3 tələbə dəm qazından zəhərlənib

Картинки по запросу Gəncədə dəm qazından zəhərlənmə olub 

Gəncədə dəm qazından zəhərlənmə olub.

 

APA-nın qərb  bürosunun verdiyi məlumata görə, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.

 

Həmin prospektdə kirayədə yaşayan, Gəncə Dövlət Universitetinin üç tələbəsi - Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Yasin Rasim oğlu Səfərəliyev, Qax rayon sakini, 1998-ci il təvəllüdlü Cavidan Ramazan oğlu İsaqlı və həmyerlisi və həmyaşıdı Elməddin Bədrəddin oğlu Kamallı dəm qazından zəhərlənərək  xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

 

Məlumata görə, tələbələr yaşadıqları evin vanna otağında olarkən dəm qazından zəhərləniblər.



Xəbərin vaxtı: 08-01-2017
Oxunma sayı: 203

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...