Misir Mərdanov: “O, mənim xalam oğlu deyil”


Sabiq Təhsil naziri Misir Mərdanov qohumunun MTN tərəfindən şantaj olunması haqda xəbərə münasibət bildirib.

Millətinsəsi.info xəbər verir ki, eks-nazir gununsesi.info-ya açıqlamasında bildirib ki, Eldar Mahmudovla birgə çalışdıqları dönəmdə hər hansı problemi olmayıb: "Mənimlə nə Eldar Mahmudov, nə də MTN arasında gərginlik olmayıb. Şantaj olunmamışam. Allahverdi Dəmirov isə xalam oğlu deyil. Yalan xəbərdir”.

Xatırladaq ki, MTN işi üzrə zərərçəkənlərdən biri kimi tanınan biznesmen Allahverdi Dəmirovun Misir Mərdanovun qohumu-xalası oğlu olduğu deyilir. Dəmirov Allahverdi Hüseyn oğlu ifadəsində göstərib ki, 2005-ci ildə "Dəmirli Yol tikinti” MMC-ni təsis edib. Həmin cəmiyyətin fəaliyyəti yolların təmiri və tikintisini həyata keçirməkdən ibarət olub.

2015-ci ilin oktyabr ayının 6-da saat 15 radələrində "Amor” şadlıq evinin altında yerləşən restoranda oturub yemək yeyərkən 3 şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini MTN əməkdaşları kimi təqdim edib onu aparıblar.

Xəbərin vaxtı: 09-01-2017
Oxunma sayı: 368

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...