Deputatlara verilən bu pullardan vergi tutulmur


"Deputatların statusu haqqında” qanunun 21-ci maddəsində göstərilib ki, deputat hər ay vəzifə maaşı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır.
 
Bununla yanaşı, deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır.
Burada söhbət hansı vergilərdən gedir?
 
Deputatın nümayəndəlik səlahiyyəti dedikdə nə başa düşülür?
Millətinsəsi.info bildirir ki, məsələ ilə bağlı Modern.az saytına Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli açıqlama verib.
 
Tahir Kərimli deputatlıq səlahiyyətinin yetirilməsinə görə, deputatların vergilərdən azad olunduğunu bildirib.
 
"Hər bir əmək haqqı alan şəxslərdən gəlir vergisi tutulur. Milli Məclisin deputatları da eyni zamanda gəlir vergisi ödəyir. Deputatlıq fəaliyyətini yerinə yetirmək üçün deputata müəyyən miqdarda pul ayrılır.
 
Əmək haqqından tutulan vergilər isə deputatın səlahiyyətlərini yerinə yetirilməsinə görə ondan tutulmur. Çünki bu birbaşa deputatlıq fəaliyyəti ilə bağlıdır. Buna deputatın aid seçildiyi əraziyə getməsi, görüşlər keçirməsi, qəbulların aparılması və s daxildir. Ona görə də əmək haqqından tutulan vergi həmin müavinətdən tutulmur”.
 
Tahir Kərimli deyib ki, nümayəndəlik səlahiyyəti dedikdə, deputatın Milli Məclisdə təmsil olunması başa düşülür.
"Deputat xalqın elçisidir. Xalq onu seçir ki, nümayəndəlik səlahiyyəti ilə parlamentdə təmsil olunsun.
 
Yaxud da gedib ərazilərdə həmin nümayəndəlik funksiyalarını yerinə yetirsin. Onunla bağlı deputatlara 2 aylıq müavinət adətən yay aylarında verilir. Həmin pulla deputat müalicə ala və istirahət də edə bilər". 
 

Xəbərin vaxtı: 09-01-2017
Oxunma sayı: 257

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...