Beyləqanda "Qarabağ mübarizləri" şahmat yarışı keçirilib

Beyləqanda "Qarabağ mübarizləri" şahmat yarışı keçirilib
10 yanvar 2017-ci il tarixdə Beyləqan rayon şəhid Əli Məmmədov adına Şahmat məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə  "İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən həyata keçirilən "Qarabağ mübarizləri” layihəsi çərçivəsində şahmat turniri  təşkil edilib.
Millətinsəsi.info bildirir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri, "İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov gəncləri salamlayıb, donor təşkilat, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti, keçiriləcək yarışlar haqqında ətraflı məlumat verib.
Tədirdə fəxri qonaq qismində iştirak edən Şahmat məktəbinin direktoru İlkin Əhmədov və şahmat üzrə birinci dərəcəli baş məşqçi Dilarə Quliyeva idman sahəsində əldə olunan nailiyyətlərdən bəhs edərək keçirilən yarışda gənclərə uğurlar arzulayıblar.
Digər tədbir iştirakçıları Məmmədova Rəsmiyyə və 1 saylı tam orta məktəbin idman müəllimi Zalov Fuad keçirilən turnirdə gənclərə uğurlar arzulayaraq komanda üzvlərinə dəstək oldular. Yarış baş məşqçi Dilarə Quliyevanın aparıcılığı ilə  gərgin mübarizə şəraitində keçirilib.
Qarabağ bölgəsini əhatə edən 50 nəfərlik 5 komandanın iştirakı ilə baş tutan yarışda turnirin qalibi olan "ZİRVƏ” komandasının üzvləri kubok və sertifikatlarla təltif olunub.
Layihə çərçivəsində müxtəlif idman oyunları üzrə keçirilən yarışların əsas məqsədi gənclərin mənəvi əxlaqi tərbiyyəsinə və fiziki sağlamlıqlarının inkişafına xidmət edən idman növlərinə marağın artırılması, eləcə də region gəncləri arasında vətənpərvərlik hissinin yüksəlməsinə dəstək olmaqdan ibarətdir.
Beyləqanda "Qarabağ mübarizləri" şahmat yarışı keçirilib
Beyləqanda "Qarabağ mübarizləri" şahmat yarışı keçirilib
Beyləqanda "Qarabağ mübarizləri" şahmat yarışı keçirilib
Beyləqanda "Qarabağ mübarizləri" şahmat yarışı keçirilib

Xəbərin vaxtı: 11-01-2017
Oxunma sayı: 277

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...