İcra hakimiyyətlərinin ləğvinin vaxtı bilindi: vitse-prezidentlik başçıları deşifrə etdi

İcra hakimiyyətlərinin ləğvinin vaxtı bilindi: vitse-prezidentlik başçıları deşifrə etdi
Vitse-prezidentlərin təyinatının mart ayına qalması rayon icra hakimiyyətlərinin ləğvinin o dövrə qədər ertələnəcəyini xəbər verir

Millətinsəsi.info-nun Politika.Az-a istinadən məlumatına görə, hökumət yaz aylarında mühüm struktur islahatlarını sürətləndirəcək. 

Görünür ki, vilayətlərin yaradılması da ilin ortalarına təsadüf edəcək. Hökumət mərhələli şəkildə anti-böhran tədbirlərini həyata keçirir. 

Prezidentin "Strateji Yol Xəritəsi” hakimiyyətin daxili siyasətinin dəyişməsinin ən mühüm planı idi. Bunun ardınca vitse-prezidentlərin təyinatı, sonra icra strukturlarında dəyişiklik nəzərdə tutulur.

İcra başçıları yerlərdə Prezidentin bütün tapşırıqlarını yerinə yetirməyə və fəaliyyətlərini qanun əsasında qurmağa borcludurlar. 

Bəzən ayrı-ayrı icra başçıları, onların fəaliyyətləri ilə bağlı neqativ məqamlar işıqlandırılır və gündəmə gətirilir. Cənab prezident də onlar barəsində öz mövqeyini ortaya qoyur. 

Amma ümumilikdə icra hakimiyyəti orqanlarının ləğv olunması, onların əvəzinə vilayətlərin yaranması hələlik "dəhliz”lərdə danışılan fikirlər, müzakirələrdir. 

Deputatlar - Vahid Əhmədov və Zahid Orucun vite-prezidentlərin bu il təyin olunacağını dolayısı ilə təsdiqləməsi icraların da işini gündəmə gətirir. 

Regional idarəetmənin əsas prinsipləri bütün yerli iqtisadi-sosial fəaliyyətlərin özünüidarəetmə üslublarına uyğun qurulmasıdır. 

İndiki birləşmələr müəyyən mənada inzibati xərcləri azaltsa da, keyfiyyətli və şəffaf idarəetmə üsulu sayıla bilməz

İdarəetmə islahatının nüvəsini 9 vilayətin yaradılması təşkil edir: "Hazırda ölkədə 11 respublika tabeli şəhər (Bakı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan Naxçıvan (Muxtar Respublika tabeliyində), Sumqayıt, Şəki, Şirvan (keçmiş Əli Bayramlı) Yevlax), 66 rayon daxildir. Bakı və Naxçıvanı çıxmaq şərti ilə, qalan 9 şəhər mərkəz olmaqla 9 vilayətin yaradılması nəzərdə tutulur". 

Vilayətlərin yaradılmasında məqsəd mərkəzi hakimiyyətin yükünü azaltmaq və regional idarəedicilərin funksiyalarını artırmaq, dövlət xərclərini optimallaşdırmaqdır. 

Hesablamalara görə, bir rayon icra hakimiyyətinin saxlanılma xərcləri normalda bir vilayət rəhbərliyinin saxlanılması üçün tam yetərlidir. 

İkincisi, nazirliklərin yerli şöbələrinin də birləşdirilməsi nəzərdə tutulur ki, bu da büdcə xərclərinə əhəmiyyətli dərəcədə qənaət imkanları yaradır. Nəhayət, vilayətlərin idarəetmə xərcləri mərkəzi büdcə hesabına deyil, yerli resurslar hesabına qarşılanacaq.

Xəbərin vaxtı: 11-01-2017
Oxunma sayı: 1 076

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...