Obama Braziliya prezidentinin devrilməsində ittiham olunur


Venesuela prezidenti Nikolas Maduro Braziliya prezidenti Dilma Rusefin impiçmentində Barak Obamanın əli olduğnu deyib.
 
Millətinsəsi.info xarici KİV-ə istinadən xəbər verir ki, Maduro amerikalı həmkarını "Latın Amerikasına nifrət edən militarist prezident” adlandırıb.
 
"Obama Dilmanın hakimiyyətdən devrilməsinin əsas sidarişçisi olub.Amerika səfirliyinin bu proseduru təşkil etdiyi sənədlər çap olunanda sözlərimi xatırlayarsınız”.
 
Bundan öncə, "Wikileaks”ın yaradıcısı Culian Assanj hazrki prezident Mişel Temerin Braziliyadakı siyasi situasiya barədə ABŞ-a müntəzəm hesabatlar verdiyini və buna görə qonorar aldığını deyib.

Xəbərin vaxtı: 12-01-2017
Oxunma sayı: 247

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...