Sabirabad şefinin qardaşına inanılmaz rüşvət ittihamı

Sabirabad şefinin qardaşına inanılmaz rüşvət ittihamı
Göyçay rayonunda işaxtaran vətəndaşlar haqsızlıqla üzləşib

Millətinsəsi.info bildirir ki, bu barədə Politika.Az-a rayon sakinləri xəbər verib. Onlar deyirlər ki, yanvarın 9-da Göyçayda əmək yarmarkası keçirilib. 

Məqsəd boş (vakant) iş yerlərində işsiz və işaxtaran vətəndaşları işlə təmin etməkdir. Ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılır. 

Vətəndaşların bəzilərinə boş iş yerlərinə göndəriş verilib. Göyçay Qaz İstismar Sahəsində 10, Mənzil İstismar Sahəsində isə 130-140 boş (vakant) yer var. 

Lakin növbədə boş (vakant) yerdən artıq vətəndaşlar var. Bundan sui-istifadə edən Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov olub. 

O, özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədən kənar qəbul edərək 500-700 manat arası pul müqabilində işlə təmin olunmasına şərait yaradır. Bu da digərlərinin narazılığına səbəb olur. 

Namiq İsmayılov konkret olaraq işə qəbul üçün Hacağabəyli kənd sakini Yusif Xasıyevdən 800 manat pul istəyib. 

Onun isə çörək almağa pulu yoxdur. Yusif Xasıyev yerli hüquq müdafiəçilərinə müraciət edərək bu barədə şikayət edib. Namiq İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun qardaşıdır.

Sabirabadın şefi Göyçayda xaniman yaradıb. Sabirabadın icra başçısı Nazim İsmayılov Göyçayda, Gənclər Mərkəzinin arxasında oğlu üçün dəbdəbəli villanın təməlini qoydurub.

Təbii ki, Sabirabadın icra başçısı Nazim İsmayılov maaşı ilə oğluna Göyçay rayonunda imarət tikdirdiyini idda edə bilməz. 

Və heç kimə sirr deyil ki, Nazim İsmayılovun oğlu üçün inşa etdirdiyi imarət dövlət büdcəsindən və Azərbaycanın xalıqının rifahından oğurlanmış pullardır. 

Mənbənin iddasına görə icra başçısı villanı tikən iş ustasına həmin villanın oğlu üçün inşa etdirdiyini bildirib və ona bir neçə xüsusi tapşırıqlar verib. Belə ki, villada hər şey ekzotik olmaqla yanaşı avanqard dizayndan yararlanacaqlar. Bu barədə icra başçısının iş ustasına xüsusi təlimatlar verdiyi bildirilir. 

Hazırda ustalar bünövrədən yuxarı sütun tikintisinə başlayıblar. Tikintinin bünövrəsindən görünür ki, başa çatdıqda bu böyük və dəbdəbəli bir imarət olacaq. 

Xatırladaq ki, son illər neftin qiymətinin aşağı düşməsi nəticəsində Azərbaycanda iqtisadi problemlər ortaya çıxıb. 

Bununla bağlı ölkə başçısı dəfələrlə məmurlara üz tutaraq dövlət büdcəsinin vəsaitlərinin xərclənməsi ilə bağlı israfçılığıa yol verməməyi tələb edib. Həmçinin dövlət başçısı dəflərlə şəffaflığın təmin olunmsını tələb edib.

Xəbərin vaxtı: 12-01-2017
Oxunma sayı: 331

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...