Antibiotiklərin​ 6 böyük zərəri


1- Ciddi allergik reaksiyalar meydana gətirə bilər: bu allergik reaksiyalar yalnız yüngül bir qaşıntı ya da dəri problemi şəklində ola bilər, amma bəzən vəziyyət daha ağır ola bilər.

2- Qaraciyər funksiyalarını poza bilər: qaraciyərin funksional analizləri adı verilən qan analizləri bu əks təsirləri yoxlaya bilir. Qaraciyərdə problemi olan insanlar antibiotiklərdən uzaq durmalıdır.
 
3- Böyrək çatışmazlığına səbəb ola bilər: böyrəklər üzərində toksik təsirlər yaradaraq orqan çatışmazlığına təkan verir.
Millətinsəsi.info deyerler.org-a istinadən bildirir ki, kəskin böyrək çatmazlığının ən az beşdə biri istifadə edilən dərmanlar səbəbiylə inkişaf edir.
 
4- Antibiotik əlaqəli ishala yol aça bilər: adətən bağırsaqlarda 400-dən çox bakteriya növü var və bunlar xəstəlik yaratmır, əksinə fayda verirlər. Antibiotiklərin​ istifadəsi bu normal floradakı bakteriyaların ölməsinə və beləliklə fürsətçi bakteriyaların törəmələrinə mühit hazırlayır və beləliklə ishal meydana gələ bilər.
 
5- Obeziteyə səbəb ola bilər: son illərdə aparılan araşdırmalar göstərir ki, xüsusilə körpəlik və uşaqlıq dövrlərində antibiotiklərin​ istifadəsi​ piylənməni gücləndirir.
 
6- Bağırsaq sisteminə ziyan verə bilər: ishaldan başqa, ürək bulanması​, qusma, qarın ağrısı kimi, həzm sistemi problemləri yarana bilər.

Xəbərin vaxtı: 02-06-2017
Oxunma sayı: 140

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...