Türkiyə XİN: "Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü pozacaq saxta seçkilərin keçirilməsini qınayırıq"

Türkiyə XİN: "Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü pozacaq saxta seçkilərin keçirilməsini qınayırıq"

"Türkiyə Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə yeni bir pozuculuq təşkil edəcək saxta seçkilərin keçirilməsini qınayır".

"Milletinsesi.info" xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağda keçirilən qondarma seçki ilə bağlı bəyanatında belə deyilir.

Bəyanatda vurğulanıb ki, bu saxta seçki BMT Təhlükəsizlik Şurası qətnamələrinin və ATƏT-in prinsiplərinin açıq-aşkar pozulmasıdır: "20 ilə yaxındır Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində sentyabrın 13-də keçiriləcək "bələdiyyə seçkiləri" 2015-ci il mayın 3-də keçirilən "parlament seçkiləri"nin bənzəridir. Bu, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələn səylərə ciddi zərbələr vurur".

Bəyanatda Türkiyənin bu qanunsuz seçkiləri tanımayacağı qeyd olunub: "ATƏT-in Minsk qrupunun üzvü olan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həlli yoluna yönələn səyləri dəstəkləməkdə davam edəcək".

Xəbərin vaxtı: 11-09-2015
Oxunma sayı: 482

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...