Bakıda polisin öldüyü yol qəzasında toqquşma anı - VİDEO


Bakıda bu gün səhər saatlarında polis əməkdaşlarının düşdüyü yol qəzasının görüntüləri yayılıb.
 
Millətinsəsi.info bildirir ki, toqquşma anını əks etdirən görüntüləri APA-ya şahidlər təqdim ediblər.
 
Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində Səbail rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünə məxsus olan "Fiat Doblo” markalı, 99 AP 658 dövlət qeydiyyat nişanlı avtomobil və 10 VV 155 dövlət qeydiyyat nişanlı, "Porsche Cayenne” markalı maşın toqquşub.
 
Qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi yaralanıb.


Xatırladaq ki, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, "SOCAR" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Səbail rayon Polis İdarəsinə məxsus "Fiat Doblo” markalı avtomobil "Porsche” markalı maşınla toqquşub.
 
Qəza nəticəsində polis əməkdaşı, 1992-ci il təvəllüdlü Zeynallı Emin Adil oğlu ölüb, bir neçə nəfər yaralanıb.


"Porsche Cayenne”ni Suraxanı sakini, 1974-cü il təvəllüdlü Məmmədov Rövşən Aydın oğlu idarə edirmiş. Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Məmmədov Travmotologiya İnstitutuna yerləşdirilib.


Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.


Xəbərin vaxtı: 30-05-2017
Oxunma sayı: 254

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...