“Ərinizin çörəyinimi yeyirəm?” - Damla


"Nədir bu içinizdəki qara düşüncələr? Niyə məni mühakimə etməkdə çox rahatsınız? Niyə bəxtəvərsən deyib, ağzınıza gələni yazırsınız? İllərdir atam ürək çatızmazlığından əziyyət çəkir. Hər gün onu itimək qorxusu ilə yaşayıram”. 

Millətinsəsi.info xəbər verir ki, bu sözləri müğənni Damla sosial şəbəkədə yazıb. Sənətçi onun haqqında şayiə yayan şəxslərə müraciət edib:

"Artıq 10 ildir ki, atasız uşaq böyüdürəm. Tək başıma arxasız, köməksiz qadınlığımla hər işin dalınca özüm qaçıram. Anam illərdir gözü yaşlıdır. Budur bəxtəvərlik? Bəxtəvər ev almısan yazırsınız. Sizin cibinizdənmi oğurladım? Ərinizin çörəyinimi yeyirəm? Hər gün hədiyyələr gəlir kefdəsən yazanlar heç düşünürmü o geyimlərə mənim də göz yaşım düşür? Yaxtığınız böhtanlara görə vicdanınız necə rahatdır? Gecə necə yata bilirsiniz? Mənə bu zirvəni yaşadan Allahdır.

Allahla Allahlıqmı edirsiniz? Qəlbinizdə Allah qorxusu yoxdur? Bilib-bilmədən danışmaq bu qədərmi asandır? Saatlarla dikdaban ayaqqabıda məclis idarə etmək, insanların kaprizlərinə dözmək, gecə saatlarında bloka qorxa-qorxa girmək bəxtəvərlikdir? Allah xatirinə susun! Vicdanınız varsa susun! Ramazan günündə bu qədər günahımı almayın. Heç kimin ahını almayın. Mənim yuvamı yıxıblar. Övladım atasızdır. O çarəsizliyi heç bir qadına yaşatmaram. Bu gündən mən də şərhləri bağlayıram”.

Xəbərin vaxtı: 31-05-2017
Oxunma sayı: 207

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...