Akademik Milli Dram Teatrında “Çipollino” tamaşası nümayiş olunacaq

 

Akademik Milli Dram Teatrında 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə azyaşlı tamaşaçılar üçün məşhur "Çipollino” tamaşası nümayiş etdiriləcək.  

Teatrın mətbuat xidmətindən "Millətinsəsi.info"ya verilən məlumata görə, səhnə əsəri məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin "Çipollino” əsəri əsasında hazırlanıb.

Tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham
Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə əsərində C.Rossininin musiqilərindən istifadə edilib. Tamaşaya ilkin baxış keçirilib və səhnə tərtibatı, rejissoru işi, musiqi həlli baxımından çox böyük maraqla qarşılanıb, haqqında müsbət fikirlər səslənib.

Səhnə əsərində aktrisa Xədicə Novruzlu (Çippolino), əməkdar artistlər Əlvida Cəfərov (Ata Soğan), Mirzə Ağabəyli (Usta

Kudu), Məzahir Cəlilov (Üzüm əmi), Rüstəm Rüstəmov (Sinyor Pomidor), aktyorlar Rəşad Bəxtiyarov (Vəliəhd Limon), Cümşüd Zeynalov (Professor Armud), Dilarə Nəzərova (Qaragilə), əməkdar artistlər Mehriban Xanlarova və Sevinc Əliyeva (Albalılar), aktyorlar Ramin Şıxəliyev (Kaktus), Vüsal Mustafayev (Qraf Albalı), Ziya Ağa (Xəfiyyə Yerkökü), Ümman Budaqov (I Limon), İmran Qurbanov (II Limon), Ənvər Məmmədov (Lobya) çıxış edirlər.

Qeyd edək ki, Canni Rodari "Çipollinonun macəraları” kitabı ilə dünya şöhrəti qazanıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə "Çipollino” nağıl-filmi çəkilib. 



Xəbərin vaxtı: 31-05-2017
Oxunma sayı: 197

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...