Ramiz Yediyarov Gədəbəyi yedi-bitirdi ...

Картинки по запросу ramiz yediyarov
Gədəbəy rayonunda əhalinin icra başçısından narazılığı günü gündən artmaqdadır. Xüsusən büdcə təşkilatlarında çalışanların narazılığ ən yüksək həddə çatıb.
Millətinsəsi.info xalqxeber.az-a istinadən bildirir ki, bu barədə müraciət edən bir qrup orta məktəb müəllimi ölkə prezidentinin, birinci vitse-prezidentin və təhsil nazirinin rayonda yaranmış acınacaqlı vəziyyətə təcili müdaxilə etmələrini xahiş edirlər.
Müraciət müəllifləri bildirir ki, rayonda Heydər Əliyev mərkəzinin tikintisini bəhanə edərək icra başçısı Ramiz Yediyarov müəllimlərin əmək haqqından adam başına 100 manatdan pul yığdırır.
Ümummilli liderin adından öz maddi mənafeyi üçün istifadə edən bu şəxsin bu rəzalətin törədilməsi üçün seçdiyi məkan da cənab H.Əliyevlə bağlıdır.
Pulların yığılması üçün qərargah YAP rayon təşkilatının binası, qara kassa isə təşkilatın sədri Rüstəm Nağıyev olduğu iddia edilir.
Müəllimlər yazırlar: "Sizə müraciət edərək bildiririk ki, cənab H.Əliyevin ruhuna böyük ehtiramımız var. Amma maddi imkanımız çox aşağıdır. 100 manat bir çoxumuzun əmək haqqının 50- 60 faizidir. Xahiş edirik bu biabırçılığın qarşısını alasınız”.
Ümumiyyətlə, Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ramiz Yediyarov yerli əhali üçün başağrısına çevrilib.
Onun rayona rəhbərliyi dövründə yerli məmurların özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin bir-birini əvəz etməsinə gətirib çıxarıb. Xüsusən 2012-ci ildən etibarən rayonda məmur özbaşınalığı daha da dözülməz həddə çatıb.
Rayonun əksər kəndlərində insanlar çox ağır şəraitdə yaşayırlar. İcra başçısı vəzifəyə keçən gündən bir dənə də olsun müsbət iş görməyib.
Gədəbəydə məmur özbaşınalığı ərşə dirənib.

Xəbərin vaxtı: 02-06-2017
Oxunma sayı: 206

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...