Konstantin Belugin: ““Hacı pivəsi”ndə də spirt var”


"Carlsberg Azerbaijan” şirkətinin Əməliyyat Fəaliyyəti üzrə direktor Konstantin Belugin Modern.az-a müsahibə verib.
Millətinsəsi.info onunla müsahibəni təqdim edir:
 
- Şirkətinizlə bağlı ilk sualımda ad dəyişikliyinə toxunmaq istəyirəm. 2017-ci il fevralından etibarən "Baltika-Bakı'' MMC "Carlsberg Azerbaijan” MMC adına dəyişdirilib. "Baltika-Bakı'' pivələri ölkəmizdə kifayət qədər məşhur olduğu halda ad dəyişikliyi hansı zərurətdən doğdu?
 
- Şirkətimiz dünyada ən böyük pivə istehsalçılarından olan "Carlsberg Group”un bir hissəsidir. Şirkətimizin adının dəyişməsi bizim üçün "Carlsberg Group”a inteqrasiya prosesində daha bir böyük addım oldu. Bu o deməkdir ki, biz öz fəaliyyətimizdə yüksək səviyyədə beynəlxalq keyfiyyət standartlarını və "Carlsberg Group”un banisi Yakob Yakobsenin 170 il öncə başlatdığı pivəbişirmə əsaslarını rəhbər tuturuq, o cümlədən də bütün sahələrdə texnologiyalarımızı təkmilləşdiririk.
 
- Hazırda mövsümlə əlaqədar sərinləşdirici içkilərə tələbat artıb. "Carlsberg Azeribaijan" şirkəti bu gün bazara hansı məhsulları çıxarır? Yeni pivə növləri istehsal etmək planlarınız varmı?
 
- Hazırda şirkətimizin portfoliosuna həm yerli, həm də lisenziya brendləri daxildir. Onların sırasında: bazarda №1 olan "Xırdalan”, "Xırdalan Export”, "Afsana”, "33 export”, "Baltika 7”, "Baltika 9”, "Baltika 0”, "Zhigulevskoe”, "Tuborg”, "Kuler” var. Yeniliklərdən olan "Xırdalan Export” azalkoqollu pivə sevən və qızmar istidə sərinləşdirici içki həvəsində olanlar üçün əla alternativdir. Bundan əlavə yaxın zamanda istehlakçıları "Kvas Taras” brendi ilə sevindirəcəyik. 
 
- Cənab Belugin, dünyada və Azərbaycanda satışı həyata keçirilən, üzərində "0 faiz spirt” olduğu göstərilən"Hacı pivəsi" barədə müxtəlif fikirlər səsləndirilir. Bəziləri onun üzərində "sıfır faiz spirt" yazılmasına baxmayaraq tərkibində 1 faiz spirt olduğunu iddia edir. Onlar israrla qeyd edir ki, pivənin tərkibində spirt olmasa, o qıcqırar və keyfiyyətini itirər. Bu iddialar nə dərəcədə realdır?
 
- Biz digər şirkətlərin istehsal etdiyi məhsul və onun tərkibində olan alkoqol haqqında heç bir fikir söyləyə bilmərik. Ümumilikdə, alkoqolsuz pivə istehsalı əlavə olaraq xüsusi filtrasiya və dealkoqolizasiya texnologiyasını nəzərdə tutur. Hansı ki, bu proseslərdən sonra içkidə spirtin səviyyəsi minimal həddə (0,5%-dən artıq olmamaqla) çatır, bu isə kvas, qatıq və digər süd məhsulları səviyyəsindədir. İstənilən pivə brendimizin etiketi üzərində onun alkoqol tərkibi qeyd olunur və bu da həqiqəti əks etdirən məlumatdır. Alkoqolsuz pivənin keyfiyyətinə gəldikdə isə, bu amil tərkibində olan spirtdən deyil, düzgün istehsal və saxlama şəraitindən asılıdır.

- Bildiyim qədərilə sizin şirkətdə də "sıfır fazi”li pivəsi istehsal olunur...

- Bəli. "Carlsberg Azerbaijan” "Baltika 0” pivə sortunun satışını həyata keçirir, hansı ki, şirkətin Sankt-Peterburqda yerləşən zavodundan təchiz edilir. Biz istehsal etdiyimiz məhsula cavabdehik.
 
- Bir məsələyə də aydınlıq gətirmənizi istərdim. Pivə həvəskarları onu içdikdən sonra kəskin yuxu gətirdiyini deyir. Və ona hansısa yuxugətirici dərman, yaxud əlavələr qatıldığını bildirirlər. Bu fikirlər nə dərəcədə doğrudur?

- Pivənin əsas inqrediyentlərindən olan mayaotunun tərkibində aromatik yağlar yuxugətirici effekt göstərə bilər. Belə ki, mayaotu ilə dolmuş yastıq yuxusuzluqla mübarizə üçün istifadə olunan ən qədim üsullardan biridir. Lakin pivə istehsalı zamanı hər hansı yuxugətirici dərmandan təbii ki, istifadə olunmur.

- Bəs pivənin tərkibinə daxil olan əsas inqridiyentlər nələrdir?

- "Carlsberg Azerbaijan” beynəlxalq şirkəti Azərbaycan qanunvericiliyi və Carlsberg Group-unbaş qərargahı tərəfindən təsdiqlənmiş reseptura və spesifikasiyaya malikdir. Pivə istehsalatı prosesində  istifadə olunan inqrediyentlərin sayı cəmi dörddür: səməni (taxıl), maya, mayaotu və su. "Beşinci element” olaraq yalnız pivəbişirənin vicdanı qeyd oluna bilər və burada heç bir başqa inqrediyentlərin istifadəsi mümkün deyil. Xammal daxil olmaq şərtilə bizim pivəmiz, o cümlədən də, hazırlanma, süzmə prosesləri və sanitar-gigiyenik prosedurlara bütün proses zamanı riayət olunması daim daxili laboratoriya, Azərbaycanın dövlət orqanları və Carlsberg Group-un Baş qərargahının nəzarəti altındadır.

Xəbərin vaxtı: 02-06-2017
Oxunma sayı: 82

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...