Səlim Müslümov: “Son 13 ildə Azərbaycanda 1,6 milyon nəfər işlə təmin edilib”

Картинки по запросу səlim müslümov
 

"Azərbaycanın 2004-cü ildə Avropa Sosial Xartiyaya qoşulmasından sonra 1,6 milyon insan iş yeri ilə təmin edilib”.

Millətinsəsi.info-nun məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziriSəlim MüslümovAŞPA-nın Sosial Məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf və Avropa Şurasının Avropa Sosial Xartiyası Departamentinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən "Avropa Sosial Xartiyası prizmasında Azərbaycanda sosial-iqtisadi hüquqların möhkəmləndirilməsi” adlı milli parlament seminarında deyib.

O bildirib ki, ölkədə işsizlik 5 faizə endirilib: "Ölkə prezidentinin dediyi kimi, sosial sahə ölkənin prioritet sahəsidir və bu sahənin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycanda son illər güclü sosial təminat sistemi formalaşıb, islahatlar aparılıb, müasir tələblərə uyğunlaşdırılmış istiqamətdə addımlar atılıb. Azərbaycanbu sahədə beynəlxalq tələb və standartlara cavab verir. Hər kəsin əmək və sosial hüquqları ölkənin Konstitusiyasında əksini tapıb. Azərbaycan prezidenti ötən 13 ildə bu sahədə 81 fərman və sərəncam imzalayıb. Sosial müdafiə sahəsində hər ay2 milyon 330 min vətəndaşa 316 milyondan çox vəsait ödənilir”."Azərbaycanda qadınlar işləmək üçün daha çox tibb və təhsil sahələrini seçirlər”.

O bildirib ki, tibb sahəsində çalışanların86 faizi, təhsil sahəsində çalışanların 73 faizi qadındır: "Təhsil və səhiyyə əsasən, dövlət sektoruna aid olduğundan burada əmək haqqı özəl sektora nisbətən aşağıdır. Bunun nəticəsində də qadınların orta aylıq əmək haqqı azdır. Qanunvericilikdə konkret qadın və ya kişiyə görə əməkhaqqı məsələsi nəzərdə tutulmayıb. İşə götürmədə cinsi azlıqlar məsələsinə gəldikdə, Azərbaycanda işəgötürmədə cinsi azlıqlarla bağlı hər hansı məhdudiyyət yoxdur. İşə götürülərkən kiminsə oriyentasiyası soruşulmur. Əvvəllər yalnız analıq məsələsi ilə bağlı qadınların ağır iş yerlərində işləməsi məhdudiyyəti var idi. O da aradan götürülüb. Azərbaycanda işə götürülərkən heç kəsdən soruşulmur ki, sənin cinsin nədir. Hamıya bərabər hüquq təmin edilir. Hazırda Milli Məclisdə "İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsi gedir”.

O bildirib ki, bu il məşğulluq məsələlərinə az - cəmi 27 milyon vəsait ayrılıb: "Ayrıca Azərbaycan prezidentiİlham Əliyevtərəfindən ehtiyat fondundan 6 milyon ayrılıb. Nəzərdə tutulur ki, qanun qəbul olunacaq və 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Bu baş verərsə, həmin məbləğ 90 milyondan artıq olacaq. Nəticədə məşğulluq proqramlarının təminatına, işsizlik müavinətinin 3 dəfə artmasına imkan verəcək. Azərbaycanda əmək bazarına daxil olan əmək resursların çox artıb".

Onun sözlərinə görə, 2003-cü ildən sonra ölkədə iqtisadi və sosial şəraitin yaxşılaşması nəticəsində yeni yaradılan ailələrin və doğulan uşaqların sayı kəskin artıb. "Nəticədə biz hətta 90-cı illərin əvvəlində müşahidə olunan doğum tempinə çatdıq. Paralel olaraq ölüm sayı kəskin azaldığına görə, əmək bazarına daxil olan resursların sayında kəskin artım müşahidə olunur. Çoxlu sayda iş yerlərinin açılmasına rəğmən əmək bazarına daxil olan resursların çox olması iş yerlərinə çıxış imkanları nisbətən azalıb və bu da təbiidir", - deyə nazir qeyd edib.

 

"İşsizlikdən sığorta haqqında" qnuna layihəsinə toxunan S.Müslümov deyib ki, işsizlikdən sığorta olduqca vacib elementdir: "Bu sistem vasitəsilə biz müvafiq tənqidlərə cavab verə bilərik. Tənqidlərdən biri Avropa Sosial Xartiyası Komitəsinin nümayəndəsi tərəfindən səsləndi. Nümayəndə bildirdi ki, ÜDM-ə nisbətən məşğulluğa ayrılan vəsaitin xüsusi çəkisinin azdır. Buna cavab olaraq qeyd etdim ki, işsizlikdən sığorta sisteminin işə düşməsi növbəti il qeyd edilən məbləğin 3 dəfəyədək artmasına səbəb olacaq. Beləliklə, məşğulluğa ayrılan məbləğin ÜDM-dəki çəkisi də artacaq. Bununla yanaşı, işsizliksən sığorta sisteminin işə düşməsi özünəməşğulluq tədbirlərinin daha geniş şəkildə tətbiqinə şərait yaradacaq. Hazırda özünəməşğulluq tədbirləri 1400 nəfəri əhatə edir və bu tədbirlər ölkə başçısının müvafiq sərəncamı ilə ayrılan 6,6 milyon manat hesabına aparılır. Bizim hesablamalarımız göstərir ki, işsizlikdən sığorta sisteminin işə düşməsi bu məbləğin il ərzində 3-4 dəfə artmasına imkan verəcək və özünəməşğulluq tədbirləri nəticəsində yardım alan yoxsul ailələrin sayı kəskin azalabilər".

 

 

 

 

Xəbərin vaxtı: 02-06-2017
Oxunma sayı: 80

Loading...

Bu bölməyə aid digər xəbərlər:

        

loading...