Hadı Rəcəbli: “Azərbaycanda il ərzində təbii artım səviyyəsi 1,2 faiz yüksəlib”

Картинки по запросу hadı rəcəbli
Azərbaycanda ilə ərzində təbii artım səviyyəsi 1,2 faiz yüksəlir.
Millətinsəsi.info-nun məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli AŞPA-nın Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf və Avropa Şurasının Avropa Sosial Xartiyası Departamentinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən "Avropa Sosial Xartiyası prizmasında Azərbaycanda sosial-iqtisadi hüquqların möhkəmləndirilməsi” adlı milli parlament seminarında çıxışında deyib.
 
Onun sözlərinə görə, təkcə bu ilin ilk 4 ayında 30-a yaxın xidmətdən 3 milyon 800 min dəfə istifadə olunub. H. Rəcəbli bildirib ki, bu rəqəm göstərir ki, Azərbaycan əhalisi günü-gündən artır: "Əhali üçün yeni iş yerləri yaratmaq lazımdır. Hazırda Avropa Sosial Xartiyasının 24-cü maddəsinə uyğun olaraq işsizlikdən sığortaya dair qanun layihəsi müzakirə olunur. Bu qanun qəbul olunarsa,  müavinət alanların sayı 3 dəfə artacaq”.

Xəbərin vaxtı: 02-06-2017
Oxunma sayı: 101

Loading...

Bu bölməyə aid digər xəbərlər:

        

loading...