Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma şirkətlərinə xəbərdarlıq etdi


Bakı Nəqliyyat Agentliyi (BNA) yay mövsümü ilə əlaqədar müntəzəm marşrutların fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə sərnişindaşıma ilə məşğul olan  daşıyıcı şirkətlərə xəbərdarlıq məktub göndərib.
 
Bu barədə Millətinsəsi.info-ya BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.
 
Xəbərdarlıq məktubda, iqlim şəraiti ilə əlaqədar havanın temperaturunun yüksək olmasını nəzərə alaraq, avtobuslarda havalandırma və soyutma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, həmçinin, havalandırma və soyutma sistemi ilə təchiz olunmamış avtonəqliyyat vasitələrində hava şəraitinin isti olması ilə əlaqədar sürücülərin avtobuslarının qapısının açıq vəziyyətdə idarə etməmələri ciddi şəkildə tapşırılıb.
Həmçinin yay mövsümü ilə əlaqədar sərnişinlərin çimərlik ərazilərinə daşınmasında fasiləsizliyin təmin edilməsi məqsədilə avtobus saylarının tənzimlənməsi, sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi ilə bağlı da daşıyıcılara tapşırıq verilib. 

Xəbərin vaxtı: 02-06-2017
Oxunma sayı: 124

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...