Xoşbəxt Yusifzadə: İndiyədək "Şahdəniz"dən 83 mlrd. kubmetr qaz hasil olunub


İşlənilmənin əvvəlindən "Şahdəniz" yatağından 83 mlrd. kubmetr qaz və 21 mln. ton kondensat hasil edilib. Millətinsəsi.info "APA-Economics"ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz konfransında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, "Şahdəniz" yatağından gündəlik olaraq 30 mln. kubmetr qaz və 7 min. ton kondensat hasil edilir: "Yatağının işlənməsi ilə Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilib".
 
Qeyd edək ki, "Şahdəniz" yatağının ehtiyatları 1,2 trln. kubmetr qaz və 240 mln. ton kondensatdan ibarətdir.

Xəbərin vaxtı: 02-06-2017
Oxunma sayı: 112

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...