Bakıda saxta diplom satan şəxs tutulub


Bakıda saxta diplom satan şəxs tutulub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Millətinsəsi.info-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Nəbi Yuifov paytaxtın Yasamal rayonu ərazisində iki nəfərin adına olan, ali təhsil müəssisələrindən birinin saxta diplom blanklarının hər birini 5000 manata satarkən tutulub. 
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbərin vaxtı: 02-06-2017
Oxunma sayı: 115

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...