Çempionlar Liqasında əhəmiyyətli qərar


UEFA Çempionlar Liqası (ÇL) 2018-2019 mövsümü üçün bəzi dəyişikliklər edib.
Millətinsəsi.info qurumun yaydığı xəbərə istinadən bildirir ki, Avropa Liqasını qalib başa vurmuş komanda ÇL-də mübarizəyə birbaşa qoşulacaq.
Belə ki, cari mövsümədək Avropa Liqasının qalibi olmuş klub, Çempionlar Liqasında iştirak etmək üçün pley-off mərhələsini də keçməli idi. Lakin yeni qərara əsasən, qalib klub oyunlara bilavasitə qrup mərhələsindən başlayacaq.
Qitənin ali futbol qurumunun oyunların saatlarındakı dəyişikliyi də diqqət mərkəzinə düşüb. 

Yeni mövsümdən etibarən ÇL-də eyni gündə baş tutacaq oyunların ikisi Bakı vaxtı ilə saat 21:00-da, qalanları isə 23:00-da başlayacaq.

Xəbərin vaxtı: 02-06-2017
Oxunma sayı: 91

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...