Güclü sel İsmayıllı-Şəki yolunu bağladı


Güclü sel Qaraməryəm-İsmayıllı-Şəki yolunda da fəsadlara yol açıb.
Bu barədə Millətinsəsi.info-ya məlumat verən "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, güclü sel suları palçıq, daş və ağac qırıntılarını yolun hərəkət hissəsinə doldurub:
"Belə ki, bölgəyə ötən gecədən başlayaraq yağan güclü leysan yağışları bu gün günorta saatlarında daha da güclənib. Yağışdan sonra dağlardan gələn sel suları sözügedən avtomobil yolunun 38-40-cı km-lik hissəsində avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Dərhal əraziyə "Azəravtoyol” ASC-nin əməkdaşları və ağır texnikaları əraziyə cəlb edilərək yolun təmizlənməsi istiqamətində işlərə başlayıblar. Qsa müddət ərzində yolda hərəkət bərpa olunub”.
 
A.Nəcəfli bildirib ki, hazırda ərazidə selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir:
"Avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur”.

Xəbərin vaxtı: 02-06-2017
Oxunma sayı: 121

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...