Homoseksual nazir hökumətin başına keçdi


İrlandiyada 38 yaşlı homoseksual nazir Leo Varadkar iqtidardakı Fine Gael partiyasının liderliyinə seçilib.
Millətinsəsi.info Habertürk-ə istinadən xəbər verir ki, buna qədər sosial müdafiə naziri çalışan Leo Varadkar bundan sonra baş nazir olaraq hökuməti quracaq.

Onun seçkilərdə əsas rəqibi ətraf mühit naziri Simon Koveney olub. Lakin, səslərin 60 faizini qazanan homoseksual nazir partiya lideri, həm də baş nazir seçilib.

Leo Varadkar əhalisinin 85 faizi katolik olan İrlandiya tarixində baş nazir olan ilk homoseksual və ən gənc siyasətçi olub. Homoseksuallıq bu ölkədə 1993-cü ilə qədər cinayət hesab edilib.

Qeyd edək ki, hind əsilli ata ilə irlandiyalı qadının övladı olan Leo Varadkar, 2015-ci ildə İrlandiyada homoseksuallıq qanuniləşdikdən sonra özünün homoseksual olduğunu açıqlamışdı. 

Xəbərin vaxtı: 03-06-2017
Oxunma sayı: 119

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...