Peşə təhsili 7-ci sinifdən başlayacaq


Azərbaycanda peşəyönümü işinin aparılmasına orta məktəblərin daha aşağı siniflərindən (azı 7-ci sinifdən) başlanılacaq.
Millətinsəsi.info-nun məlumatına görə, bu, ölkə prezidentinin "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamının həyata keçirilməsinə dair ötən gün təsdiq edilmiş Tədbirlər Planında öz əskini tapıb
Plana əsasən, 2017-2018-ci illərdə gənclərin peşə seçiminə kömək məqsədi ilə ümumi təhsil müəssisələrində peşəyönümü işinin təkmilləşdirilməsi, peşəyönümü işinin aparılmasına orta məktəblərin daha aşağı siniflərindən (azı 7-ci sinifdən) başlanmasının dəstəklənməsi, bu sahədə potensialın gücləndirilməsi, peşəyönümü üzrə (peşələr haqqında) məlumatların çeşidinin artırılması, bu məlumatların çatdırılma vasitələrinin inkişaf etdirilməsi, innovativ üsulların tətbiqi nəzərdə tutulur.

Qeyd olunan məsələnin icrası Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Xəbərin vaxtı: 03-06-2017
Oxunma sayı: 112

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...