12 illik təhsil sisteminə keçidə dair təkliflər hazırlanacaq


Azərbaycanda tam orta təhsil pilləsi üzrə bir şagirdə düşən illik xərc artırılacaq.
Millətinsəsi.info-nun məlumatına görə, bu, "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.

Planda 12 illik ümumi təhsil sisteminə keçid mexanizminə dair təkliflərin hazırlanması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi üçün metodologiyanın hazırlanması və mövcud hesabatvermənin təkmilləşdirilməsi və təhsil xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərə alınması qeyd olunub. 


Xəbərin vaxtı: 03-06-2017
Oxunma sayı: 102

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...