AMEA ​Elmi İnnovasiyalar Mərkəzinin hazırladığı layihə Avropa Komissiyasında icraya qəbul olunub

Bakıda layihə əsasında seminar keçiriləcək

Avropa Komissiyasının TAIEX alətinin iclasında AMEA Elmi İnnovasiyalar Mərkəzinin hazırladığı "Regionun dayanıqlı inkişafının ekoloji-iqtisadi qiymətləndirilməsi" adlı layihəsi icraya qəbul olunub.

"Milletinsesi.info"nun məlumatına görə, 2016-cı ilin yanvar-fevral aylarında Bakıda layihə əsasında Avropa Komissiyasının TAIEX alətinin ekspertlərinin təşkilatçılığı ilə Azərbaycan regionlarının dayanıqlı inkişafı üçün göstəricilərinin yeni üsullar və hesablama prinsiplərini inkişaf etdirmək məqsədilə Avropa Birliyi ölkələrinin qabaqcıl təcrübəsi mövzusunda seminarın keçirilməsi nəzərdə tutulur.

Seminarda regional iqtisadi siyasətinin formalaşdırılması, ekoloji siyasət və dayanıqlı inkişaf əlaqələrini müəyyənləşdirmək, regionda iqtisadiyyatın təşkili forması və iqtisadi fəaliyyətin tənzimlənməsinin inkişafı modelinin dəyişdirilməsi, regionun ekoloji cəhətdən dayanıqlı inkişafı strategiyasının təkmilləşdirilməsi, dövlət idarəetməsində regionların ekoloji təhlükəsizliyi üçün iqtisadi alətlərin əlavə olunması, regionların biomüxtəlifliyinin iqtisadi qiymətləndirilməsi mövzusunda məsələlər müzakirə olunacaq.


Xəbərin vaxtı: 23-11-2015
Oxunma sayı: 213

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...