Qanunsuz kürü daşıyan şəxs Rusiya deyil, Azərbaycan gömrükçüləri tərəfindən saxlanılıb

Seminar Ümumdünya Gömrük Təşkilatının ekspertləri tərəfindən aparılır

Azərbaycan Rusiya gömrük-keçid məntəqələrində yaranmış problemləri müzakirə edəcək


Dövlət Gömrük Komitəsi (DGK)bəzi kütləvi informasiya vasitələrində Azərbaycandan Rusiyaya səyahət edən Azərbaycan vətəndaşının Rusiya ərazisinə6,4 kq kürü keçirmək istəməsi "qanunsuz daşınan kürününMəhərrəmkənd gömrük-keçid məntəqəsində aşkar edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.


Komitənin mətbuat xidmətindən verilən məlumatda bildirir ki, əslində, bu fakt öncə ölkəmizin gömrük orqanları tərəfindən qeydə alınıb adıçəkilən mal Azərbaycandan Rusiyaya deyil, əks istiqamətdə daşınarkən aşkar edilib: "Belə ki,noyabrın 15- Azərbaycan vətəndaşı Pənahov Səlim Mirzəgül oğlu Rusiyadan Azərbaycana gələrkən Xaçmaz Gömrük İdarəsinin "Samurgömrük-keçid məntəqəsində özünə məxsus əşyaların arasında 6,5 kiloqrama qədər nərə cinsli qara kürü olduğunu bəyan edib.Lakin gömrük nəzarəti həyata keçirilərkən qara kürüyə oxşar həmin məhsul müvafiq sənədləri qaydasında olmadığı üçün geri qaytarılıb".


Bundan başqa, noyabrın 26-da Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin "Samurgömrük-keçid məntəqəsində Azərbaycan Rusiya gömrük xidməti nümayəndələrinin növbəti işçi görüşü keçiriləcək.Görüşdə məqsəd gömrük-keçid məntəqələrində meydana çıxan problemləri yerində həll etmək keçid məntəqələrinin işinin səmərəliliyini artırmaq üçün müvafiq tədbirlər görmək bununla əlaqədar məlumat mübadiləsini həyata keçirməkdir.


Azərbaycan Rusiya gömrük xidməti nümayəndələri müxtəlif keçid məntəqələri üzrə gömrük əməliyyatları, gömrük nəzarətinin təşkili, qarşılıqlı yardım əməkdaşlıq məsələləri ilə yanaşı,iki ölkə arasında kənd təsərrüfatı sahəsində mal dövriyyəsinin artımı son günlərdə Azərbaycandan Rusiyaya daşınan kənd təsərrüfatı məhsullarının təyinat məntəqələrinə çatdırılmasında yaranan problemlər onların aradan qaldırılması yollarını müzakirə edəcəklər.


Hazırda Azərbaycan ərazisində istehsal edilən kənd təsərrüfatı məhsullarının ixracının gömrük nəzarəti gömrük rəsmiləşdirilməsi prosesinin daha da sürətləndirilməsi üçün gömrük orqanlarına müvafiq tapşırıqlar verilib görülən işlər nəticəsində malların ixrac həcminin artması müşahidə olunur. Lakin Rusiyada yol vergisinə dair qəbul edilməsi nəzərdə tutulan yeni qanun layihəsinə etiraz olaraq Dağıstan Respublikası ərazisində yük avtomobillərinin sürücüləri nəqliyyatın hərəkətini dayandırıb ki,bu da öz növbəsində Azərbaycandan aparılan kənd təsərrüfatı məhsullarının təyinat məntəqələrinə çatdırılmasında problemlər yaradıb.

Məlumat üçün onu da bildirək ki, hazırda Dərbənd stansiyasında Azərbaycandan aparılan kənd təsərrüfatı məhsulları ilə yüklənmiş200-dək vaqon gözləyir. Bu problemlə əlaqədar Dövlət Gömrük Komitəsinin rəhbərliyi Azərbaycan Respublikası Nazirlər Kabinetini məlumatlandırıb.


Xəbərin vaxtı: 24-11-2015
Oxunma sayı: 220

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...