Nəsimi rayonu üzrə 5 məzun qızıl medala, 4 məzun isə Prezident təqaüdünə layiq görülüb

Nəsimi rayonu üzrə 5 məzun qızıl medala, 4 məzun isə Prezident təqaüdünə layiq görülüb

«Bilik günü» Nəsimi rayonunun orta məktəblərində qeyd olunub

Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr - «Bilik günü» Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə və bayram ruhiyyəsi ilə qeyd olunub. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərdə böyük hazırlıq işləri aparılıb, yeni dərs ilinin ilk günü rəngarəng və maraqlı tədbirlər hazırlanıb.

«Bilik günü»nə həsr olunan tədbirlərdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov məktəblərin kollektivlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

Asif Əsgərov rayon məktəblilərinin keçən tədris ilində qazandıqları uğurlardan danışaraq bidirib ki, bu il 1532 nəfər bitirib, onlardan 1378 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Abituriyentlərin 957 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 200 nəfəri 500-dən yuxarı, 72 nəfəri 600-dən, 29 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlarından 166 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunublar. 2014-2015-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 5 məzun qızıl medala, 4 məzun isə Prezident təqaüdünə layiq görülüb.
Asif Əsgərov Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın da ölkəmizdə təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən söz açımış, Fondun dəstəyi görülən işlər barədə məlumat verib.

Nəsimi rayonundakı 23 saylı tam orta məktəbdə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir Azərbaycan Dövlət himninin şagirdlər və tədbirdə iştirak edən qonaqların birgə ifası ilə başlanıb.

Tədbirdə 23 saylı məktəbin direktoru Yuliya Kərimova məktəbin tarixi barədə məlumat verərək qeyd edib ki, məktəb binası 1935-ci ildə tikilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən məktəb binası sökülərək yenidən müasir standartlara uyğun tikilib, 2014-cü il avqustun 26-da cənab Prezident və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilib. Burada müasir təhsil üçün hər cür şərait yaradılıb.

Məktəb 2006-cı ildə «Ən yaxşı ümumtəhsil müəssisəsi» müsabiqəsinin qalibləri arasında olub. Məktəbdə 1974 şagird təhsil alır və 126 müəllim çalışır. Məktəb ingilis dili təmayüllüdür. Burada iki xarici dil tədris olunur. Yuliya Kərimova təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə cənab Prezidentə öz dərin təşəkkürünü bildirib.

Öz tarixi və ənənələri ilə seçilər Nəsimi rayonu 1 saylı orta məktəbdə keçirilən «Bilik günü» tədbirini açıq elan edən məktəbin direktoru Elida Rzayeva qonaqları, tədbir iştirakçılarına salamlayaraq qeyd edib ki, məktəb XIX əsrin axırlarından fəaliyyət göstərir. 1941-1945-ci illərdə məktəbin binasında hərbi qospital yerləşib.

2012-ci ildə məktəb Dövlət Proqramina əsasən əsaslı təmir olunub, 2015-ci ildə isə məktəbin həyətində yeni 10 sinif otağından və idman zalından ibarət, 3 mərtəbəli tədris binası inşa olunub. Məktəbdə 29 sinif otağı, fənn kabinetləri, laboratoriyalar, kitabxana, hər cür avadanlıqlarla təchiz olunmuş müasir idman zalı var. Elida Rzayeva müasir təhsil almaq üçün yaradılan şəraitə görə müəllim kollektivi, şagirdlər və valideynlər adından ölkə başçısına öz minnətdarlığını bildirib.

Texniki Humanitar Liseydəki tədbirdə çıxış edən liseyin direktoru Səidə Zeynalova bildirib ki, liseyin binası 1963-cü ildə tikilib. Lisey əvvəllər axşam məktəbi kimi, 2000-ci ildən isə Texniki Humanitar Lisey kimi fəaliyyət göstər. Liseydə təhsil V-XI siniflər arasındadır. Lisey 2008 və 2014-cü illərdə «Ən yaxşı ümumtəhsil müəssisəsi» adını qazanıb. Burada 1077 şagirdin təhsili ilə 91 müəllim məşğul olur.

2014-2015-ci tədris ilinin yekunlarına görə 112 məzunun 106-sı ali məktəblərə qəbul olub, onlardan 40 nəfəri 500-dən yuxarı, 16 nəfəri 600-dən yuxarı, 5 nəfəri isə 650-dən yuxarı bal toplayıblar. Məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya, müasir bal və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunub.

Ənənəvi «Bilik günü» tədbirləri rayonun digər məktəblərində də keçirici, bu tədbirlərdə RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Nəsimi rayonu üzrə 5 məzun qızıl medala, 4 məzun isə Prezident təqaüdünə layiq görülüb

Nəsimi rayonu üzrə 5 məzun qızıl medala, 4 məzun isə Prezident təqaüdünə layiq görülüb

Xəbərin vaxtı: 15-09-2015
Oxunma sayı: 559

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...