Jalə Əliyeva: “Süni qiymət artımı insanların cibinə girmək deməkdir”

Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının məlum devalvasiyadan, manatın "üzən məzənnə”yə keçməsindən sonra yaranmış vəziyyətlə bağlı çox mühüm və çox əhəmiyyətli mesajları, tapşırıqları oldu.

Ona görə hesab edirəm ki, bütün aidiyyatı dövlət qurumları, icra strukturları, məsul şəxslər bu tapşırıqlardan, verilən mesajlardan ciddi nəticələr çıxarmalı və onların qarşısında qoyulan vəzifələrin həlli ilə daha ciddi məşğul olmalıdırlar.

Milletinsesi.info xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva dilə gətirib.

Millət vəkilinin fikrincə, məhz belə də olacaq, çox yaxın zamanlarda məlum proseslərlə bağlı yaranmış müəyyən çətinliklərin və problemlərin, həm də ən əsası vətəndaşların narahatçılıqlarının aradan qaldırılması istiqamətində lazımı addımlar atılacaq.

J.Əliyeva deyib ki, xüsuilə, dövlət başçısının özünün də vurğuladığı kimi, süni qiymət atımı hallarının və buna yol verənlərin qarşısının inzibati və hüquqi yollarla alınması yönündə gərəkən addımların atılması vacibdir.

"Süni qiymət artımına heç cür imkan vermək olmaz. Bu, insanların cibinə girmək deməkdir. Buna yol verənlər mütləq cəzalarını almalıdır. 

Ona görə inanıram və qəti əminəm ki, vətəndaşlar arasında ciddi narahatçılıqların yaranmasına səbəb olmuş süni qiymət artımı ilə  və qiymətləri artıran "işbaz”larla bağlı addımlar özünü çox da  gözlətməyəcək.

Eyni zamanda, pensiyaların və əmək haqqlarının artırılması ilə bağlı ölkə Prezidentinin hökumət qarşısında qaldırdığı məsələ çox vacib məsələlərdəndir və indiki məqamda da buna çox ciddi ehtiyac var.

Çox güman ki, bu istiqamətdə də hökumət öz üzərinə düşən vəzifələri hər zaman olduğu kimi yerinə yetirəcək və bu da nəticə etbarı ilə əhalini xüsusilə, aztəminatlı təbəqəsinin, o cümlədən, pensiyaçıların sosial vəziyyətlərinin yaxşılaşdırlılması istiqamətində mühüm dəstək olacaq” - deyə, J.Əliyeva daha sonra sözlərinə əlavə edib.


Xəbərin vaxtı: 11-01-2016
Oxunma sayı: 208

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...