Rusiya yeni raket sistemi hazırlayır

 
Rusiya Arktikada yer-hava müdafiəsindən ötrü yeni raket sistemi hazırlayır. Milletinsesi.info xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Bir gün öncə NATO komandiri Philip Breedlove ABŞ Konqresində xəbərdarlıq etmişdi ki, Rusiya Arktikanı getdikcə daha artıq hərbləşdirir.

Arktik raket sistemi Rusiyanın Tor raket sisteminə əsaslanacaq. Bu sistem yaxınlaşan təyyarəyə yaxınməsafəli əks-hücumlar üzrə ixtisaslaşıb. İstehsalçı Rusiyanın Almaz-Antey dövlət şirkətidir. Güclü S-300 və Buk sistemlərini də bu müəssisə hazırlayıb.

TASS xəbər verir ki, şirkət artıq "Tor yaxınmənzilli havadan müdafiə raket sisteminin Arktika versiyası”nın hazırlanmasına başlayıb.

Xəbərin vaxtı: 03-03-2016
Oxunma sayı: 144

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...