İnam Kərimov: "Bu il Masallı və Qəbələdə yeni "ASAN xidmət" mərkəzləri açılacaq"

 
"Hazırda Bakıda yeni "ASAN xidmət" mərkəzinin açılmasına ehtiyac yoxdur".

Milletinsesi.info xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

İ.Kərimov xatırladıb ki, hazırda Azərbaycanda 9 "ASAN xidmət" mərkəzi var: "Onlardan 5-i paytaxtda yerləşir: "Bakıda olan mərkəzlər bütün vətəndaşlara xidmət göstərə bilir, bu səbəbdən də paytaxtda yeni mərkəzin açılması gözlənilmir. Bu il Masallı və Qəbələdə yeni "ASAN xidmət" mərkəzləri açılacaq".

Xəbərin vaxtı: 26-03-2016
Oxunma sayı: 186

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...