Sarkisyan Berlində etirazla qarşılandı

 
Berlində azərbaycanlılar Ermənistan prezidenti Serj Sarkisyan və Almaniya kansleri Angela Merkelin görüşünə etiraz edirlər.

Milletinsesi.info xəbər verir ki, görüşün baş tutduğu Federal Kansler binasının qarşısına xeryli azərbaycanlı yığışıb.

Onlar "Qarabağ bizimdir, bizim olacaq”, "Biz sadəcə Qarabağı istəyirik”, "Ermənistan Azərbaycan torplaqlarından çıx şüarları səsləndirirlər. Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan bu gün Almaniyaya səfərə gedib.

O, səfər əsnasında Almaniya kansleri Angela Merkel və Almaniya dövlət başçısı Yoaxim Qaukla görüşərək Qarabağ məsələsini müzakirə edəcək.

Xəbərin vaxtı: 06-04-2016
Oxunma sayı: 133

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...