Əhməd Davudoğlu: "Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi status-kvonun qəbuledilməz olduğunu göstərdi"

Beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk qrupunun Ermənistana təzyiq göstərməsi vacibdir 
"Türkiyə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulmasından narahatdır".
Milletinsesi.info xəbər verir ki, bunu Strasburqda AŞPA-nın sessiyasında çıxış edən Türkiyə baş naziri Əhməd Davudoğlu deyib.
"Təmas xəttində növbəti dəfə vəziyyətin gərginləşməsi status-kvonun qəbuledilməz olduğunu göstərdi. Beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk qrupunun Ermənistana onların bir daha belə aqressiv hərəkətlərə yol verməsinin qarşısını almaq məqsədilə təzyiq göstərməsi vacibdir", - deyə Türkiyə baş naziri bildirib.
O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. 

Xəbərin vaxtı: 19-04-2016
Oxunma sayı: 93

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...